TTKF əməkdaşları əmək yarmarkasında təmsil olunub
Təhsil Tələbə Krediti Fondunun əməkdaşları Dövlət Məşğulluq Agentliyi və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə 30 iyun tarixində keçirilən əmək yarmarkasında iştirak ediblər.
Tarixi İçərişəhər ərazisində baş tutan tədbir çərçivəsində Fondun əməkdaşları iştirakçılara təhsil tələbə kreditləri, müraciət və geriödəmə qaydaları, eləcə də Fondun tələbə və məzunlar üçün həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıblar.
Yarmarkada ümumilikdə 30 müəssisə tərəfindən 200-dən çox vakansiya təqdim olunub. Tədbir işaxtaran vətəndaşlarla işəgötürənlər arasında birbaşa ünsiyyətin qurulması, məşğulluq imkanlarının genişləndirilməsi və gənclərin karyera inkişafına dəstək məqsədi daşıyıb.