"Gələcəkdə Mən" layihəsinin ikinci spikeri ilə görüş keçirilib
1 oktyabr tarixində Təhsil Tələbə Krediti Fondunun "Gələcəkdə Mən" layihəsi çərçivəsində növbəti görüş keçirilib. Layihənin ikinci spikeri dağçı, təhsil eksperti və təlimçi Vəfa Musayeva olub.
Everest zirvəsinə qalxan ilk Azərbaycanlı qadın Vəfa Musayeva Everest və Lhotze zirvələrinə qalxma təcrübəsini bölüşüb.
O, böyük məqsədlərə çatmaq üçün aydın hədəflər müəyyənləşdirməyin, məqsədyönlü çalışmağın və çətinliklər qarşısında əzmkarlıq göstərməyin əhəmiyyətini vurğulayıb.
"Sən nəyi axtarırsansa, o da səni axtarır" fikrindən çıxış edən spiker insanın özünü tanımasının, imkanlarını kəşf etməsinin və məqsədlərinə doğru inamla irəliləməsinin önəmindən danışıb. Şəxsi təcrübəsindən nümunələrlə bir hədəfə çatdıqdan sonra yeni məqsədlər müəyyənləşdirməyin inkişaf yolunda rolunu diqqətə çatdırıb.