“Gələcəkdə Mən” layihəsinin növbəti görüşü keçiriləcək
Təhsil Tələbə Krediti Fondunun həyata keçirdiyi “Gələcəkdə Mən” layihəsi çərçivəsində növbəti görüş 30 noyabr 2026-cı il tarixində baş tutacaq.
Layihənin altıncı görüşünün spikeri SOCAR-ın İnsan Kapitalının İnkişafı və Funksional Mükəmməllik Departamentinin rəisi Tural Məmmədov olacaq.
Sual-cavab (Q&A) formatında təşkil olunacaq görüşdə Tural Məmmədov öz peşəkar təcrübəsini, karyera yolunu və insan kapitalının inkişafı sahəsindəki biliklərini tələbələrlə bölüşəcək. İştirakçılar isə onları maraqlandıran sualları birbaşa spikerə ünvanlamaq imkanı əldə edəcəklər.
Görüşün əsas məqsədi gənclərin karyera inkişafına dəstək olmaq, onların peşəkar dünyagörüşünü genişləndirmək və şəxsi inkişaflarına töhfə verməkdir.
Görüş haqqında:
Tarix: 30 noyabr 2026-cı il
Saat: 15:00
Spiker: Tural Məmmədov
Format: Sual-cavab (Q&A)
Görüşdə iştirak etmək istəyən gənclər aşağıdakı keçid vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat