Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev S.Rüstəm adına Xarici Dillər Təmayüllü gimnaziyasının 9-11 ci sinif şagirdləri və onların valideynləri ilə görüş keçirilib.
Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev, Bakı Şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısı Elşən Salahov, Millət vəkili Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialının müdir müavini Lalə Rəsulovanın iştirakı ilə S.Rüstəm adına Xarici Dillər Təmayüllü gimnaziyasının 9-11 ci sinif şagirdləri və onların valideynləri ilə görüş keçirilib.
Tədbiri ilk öncə Xəzər RİH başçısı Elşən Salahov açaraq qonaqları salamlayıb və ölkə başçısının təhsilə göstərdiyi qayğıdan söz açıb. Təhsil Tələbə Krediti Fondunun yaradılmasının təhsilə göstərilən qayğının bariz nümunəsi və təhsilin inkişafı üçün atılmış innovativ addımlardan biri olduğunu qeyd edib.
Daha sonra Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev fondun fəaliyyətinə dair geniş təqdimat ilə çıxış edib. Təhsil tələbə kreditinə müraciət qaydaları, güzəştlər və qeydiyyat prosesi barəsində məlumatlar verib. Abituriyentlərə Təhsil Tələbə Krediti Fondunun yaratdığı imkanlardan faydalanaraq istədikləri ixtisası seçə biləcəklərini və sevdikləri ixtisaslar üzrə təhsil alaraq daha yaxşı mütəxəssis kimi formalaşa biləcəklərini vurğulayıb.
Daha sonra çıxış üçün söz millət vəkili Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov və Dövlət Məşğulluq Agentliyinin əməkdaşı Lalə Rəsulovaya verilib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb və təkliflər dinlənilib.