Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədr müavini Bəhruz Əzimovun 149, 218 və 26 nömrəli tam orta məktəblərin 9-11 ci sinif şagirdləri və onların valideynləri ilə görüşü keçirilib.
Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədr müavini Bəhruz Əzimovun iştirakı ilə S.Rüstəm adına Xarici Dillər Təmayüllü gimnaziyasında 149, 218 və 26 nömrəli tam orta məktəblərin 9-11 ci sinif şagirdləri və onların valideynləri ilə görüş keçirilib.
Tədbiri ilk öncə S.Rüstəm adına Xarici Dillər Təmayüllü gimnaziyasının direktoru Mirzəliyev Tural açaraq qonaqları salamlayıb və ölkədə təhsilə olan diqqət və qayğıdan söz açıb. O bildirib ki, Cənab Prezidentin fərmanı ilə yaradılmış Təhsil Tələbə Krediti Fondu əsasən sosial həssas vətəndaşlarımız üçün təhsilə çıxış imkanları yaradır və təhsil haqqı ödəməyə çətinlik çəkən vətəndaşlarımıza dəstək olur.
Daha sonra Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədr müavini Bəhruz Əzimov Fondun fəaliyyətinə dair geniş təqdimat ilə çıxış edib. Təqdimat zamanı təhsil tələbə kreditinə müraciət qaydaları, güzəştlər və meyarlar barədə məlumat verib.
Abituriyentlərin ixtisas seçimi zamanı Fondun yaratdığı imkanlardan yararlanaraq sevdikləri ixtisası seçə biləcəklərini və sevdikləri sahə üzrə daha yaxşı mütəxəssis ola biləcəklərini vurğulayıb. Sonda şagirdlərin və valideynlərin sualları cavablandırılıb və təkliflər dinlənilib.