Təhsil Tələbə Krediti Fondu və Bakı Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqaviləni TTKF-nin İdarə Heyətinin sədri Araz Paşayev və BDU-nun rektoru Elçin Babayev imzalayıblar.
Müqaviləyə əsasən, tərəflər Universitet tələbələrinin Fondun təqdim etdiyi təqaüd proqramlarına qoşulması və birgə digər proqramlarda iştirakına dəstək məqsədilə müştərək layihələrin icra edilməsi istiqamətində əməkdaşlıq edəcəklər. Müqavilə çərçivəsində Fondda BDU tələbələri üçün istehsalat təcrübəsi, yay təcrübə proqramları təşkil olunacaq, TTKF-in mütəxəssisləri təlim-tədris proseslərinə təlimçi qismində cəlb ediləcəklər. Fond tərəfindən Universitetdə infosessiya və təlimlərin keçirilməsi də nəzərdə tutulur.