Təhsil Tələbə Krediti Fondunun nümayəndələri Bakı Dövlət Universitetində olublar.

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədr müavini Tahir Xələfov və Fondun əməkdaşı Günay Baxışova, Ağamusa İsazadə ilə Bakı Dövlət Universitetinin Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev, ictimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Kəmalə Quliyeva, ictimaiyyətlə əlaqələr və informasiya şöbəsini mütəxəssisi Gülabə Məmmədzadə, humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, tədris prosesinin təşkili şöbəsinin müdiri Aloyeva Kəmalə ilə görüş keçirilib.
Görüş zamanı BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev Təhsil Tələbə Krediti Fondunun təhsilin inkişafı və əlçatanlığı üçün gözəl təşəbbüs olduğunu vurğulayıb Fondun əməkdaşlarının təhsil tələbə kreditləri haqqında təqdimatından sonra məsul şəxslərin və tələbələrin sualları cavablandırılıb, təklifləri qeydə alınıb. Bunlarla yanaşı müzakirələr zamanı gələcəkdə universitetin tələbələri ilə görüşlərin keçirilməsi məsələsi qeyd olunub və planlaşdırılıb.
Qeyd edək ki, ötən semestr ərzində Bakı Dövlət Universitetinin 192 tələbəsi təhsil tələbə kreditindən yararlanıb ki, onlardan 70 tələbə sosial, 122 tələbə isə standart növ təhsil tələbə kreditinə müraciət etmişdir.