Təhsil Tələbə Krediti Fondunun əməkdaşları Azərbaycan Texnologiya Universitetində görüş keçirdib.
28 aprel tarixində Azərbaycan Texnologiya Universitetində Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədr müavini Tahir Xələfov və Fondun əməkdaşı Məhəmmədəli Abdin tələbə və magistrantlarla məlumatlandırıcı görüş keçirib.
Görüşdə Tədris şöbəsinin müdiri Hüseynov Raqif, Təhsil Tələbə Krediti üzrə məsul şəxs Vüsal Bayramov, Avtomatika telekommunikasiya və informatika fakültəsinin Tədris işləri üzrə dekan müavini Ramil Vəliyev, müəllim və tələbə heyəti iştirak edirdi.
TTKF-nın İdarə Heyətinin sədr müavini Tahir Xələfov təhsil tələbə kreditinin növləri və onlardan istifadə hüququ, kreditin verilməsinə dair tələblər və tətbiq edilən güzəştlər haqqında məlumat verib. Fondun əməkdaşı Məhəmmədəli Abdin kreditlərin verilməsi və qaytarılması prosedurları, möhlət, müddət və faiz şərtləri barədə tələbələrə ətraflı məlumatlar verib və təqdim olunan sualları cavablandırıb.