Azərbaycan Dillər Universitetində Təhsil Tələbə Krediti Fondunun İdarə heyətinin sədri Araz Paşayevin tələbələrlə görüşü keçirildi.
11 may tarixində Azərbaycan Dillər Universitetində (Azərbaycan Dillər Universiteti Rəsmi Səhifə) Təhsil Tələbə Krediti Fondunun İdarə heyətinin sədri Araz Paşayevin tələbələrlə görüşü keçirildi.
Görüşün əsas məqsədi təhsil tələbə kreditləri ilə bağlı birgə məlumatlandırma işinin təşkili istiqamətində müzakirələrin aparılması və universitet ilə daha sıx əməkdaşlıq etmək imkanlarını nəzərdən keçirmək idi.
Görüşdə ADU-nun rektoru professor Kamal Abdullayev, Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev, ADU-nun prorektorları, dekanlar, dekan muavinləri, şöbə müdirləri və müəllim heyəti iştirak ediblər.
Öncə ADU-nun rektoru professor Kamal Abdullayev, Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev universitetin foyesində ucaldılmış ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.
Tədbiri giriş sözü ilə universitetin rektoru professor Kamal Abdullayev açaraq qonaqları və iştirakçıları salamladı, daha çox həssas ailələrdən olan təhsil alanlara maddi dəstəyin verilməsi məqsədinə xidmət edən Təhsil Tələbə Krediti Fondunun önəmini vurğuladı.
Maarifləndirmə məqsədilə keçirilən görüşdə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev TTKF-in fəaliyyət istiqamətləri, Fonda müraciət qaydaları və təhsil tələbə kreditlərinin verilməsi meyarları barədə geniş məlumat verdi. Araz Paşayev Fondun fəaliyyətinin əsas məqsədinin təhsilə əlçatanlığı təmin etməkdən, təhsil almaqda bərabər imkanlar yaratmaqla yanaşı təhsilin əhatə dairəsini genişləndirməkdən və təhsilin keyfiyyətini yüksəltməkdən ibarət olduğunu vurğuladı.
Görüşdə elektron sistemin işləmə mexanizmi canlı nümayiş etdirildi, mövzuya dair suallar cavablandırıldı və səsləndirilən təkliflər dinlənilərək qeydə alındı.