Azərbaycan Texniki Universitetində Təhsil Tələbə Krediti Fondunun İdarə heyətinin sədri Araz Paşayevin tələbələrlə görüşü keçirildi.
16 may tarixində Azərbaycan Texniki Universitetində Təhsil Tələbə Krediti Fondunun İdarə heyətinin sədri Araz Paşayevin tələbələrlə görüşü keçirildi.
Görüşün əsas məqsədi təhsil tələbə kreditləri ilə bağlı birgə məlumatlandırma işinin təşkili istiqamətində müzakirələrin aparılması və universitet ilə daha sıx əməkdaşlıq etmək imkanlarını nəzərdən keçirmək idi.
Tədbiri giriş sözü ilə Azərbaycan Texniki Universitetin rektoru professor Vilayət Vəliyev açaraq qonaqları və iştirakçıları salamladı. TTK-nin tələbələr üçün mükəmməl fürsət olmasını və Fondun məqsədinin tələbələrə dəstək olmaq olduğunu bildirdi. Tələbələrin kreditdən yararlanaraq öz vəsaitlərini digər özünüinkişaf məqsədləri üçün istifadə edə biləcəyini qeyd etdi. Rektor bütün tələbələri, əsasən də əlaçı tələbələri bu fürsətdən yararlanmağa və güzəştlərdən istifadə etməyə çağırdı. Sonda isə bu layihənin ölkə başçımız tərəfindən təhsilə və tələbələrə dəstəyin bariz nümunəsi olduğunu bildirdi.
Maarifləndirmə məqsədilə keçirilən görüşdə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev təhsil tələbə kreditlərinin digər kreditlərdən fərqli və üstün cəhətləri barədə danışdı, təhsil haqqı xərclərini ödəməkdə çətinlik çəkən tələbələrin təhsil haqqı ödənişlərini qarşılaya bilməsi üçün olduğunu bildirdi. Araz Paşayev tələbələri gələcəyin mütəxəssisləri kimi gördüyünü, bu tədbirlərin sıxlığının tələbələrin maarifləndirilməsi üçün olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. Daha sonra Fondun sədri Təhsil Tələbə Krediti Fondunun fəaliyyət istiqamətləri, təhsil tələbə kreditinə müraciət qaydaları və verilməsi meyarları barədə geniş məlumat verdi. Araz Paşayev Fondun fəaliyyətinin əsas məqsədinin təhsilə əlçatanlığı təmin etməkdən, təhsil almaqda bərabər imkanlar yaratmaqla yanaşı təhsilin əhatə dairəsini genişləndirməkdən və təhsilin keyfiyyətini yüksəltməkdən ibarət olduğunu vurğuladı.
Görüşdə elektron sistemin işləmə mexanizmi canlı nümayiş etdirildi, mövzuya dair suallar cavablandırıldı və səsləndirilən təkliflər dinlənilərək qeydə alındı.
Azərbaycan Texniki Universitetinin kollektivinə tədbirin təşkili üçün təşəkkürümüzü bildiririk.