Azərbaycan Universitetinin ödənişli əsaslarla təhsil alan tələbələri üçün Təhsil Tələbə Krediti Fondunun təqdimatı keçirilib.
Azərbaycan Universitetinin ödənişli əsaslarla təhsil alan tələbələri üçün Təhsil Tələbə Krediti Fondunun (TTKF) təqdimatı keçirilib. Tədbirdə fondun fəaliyyəti və gördüyü işlər, həmçinin təhsil kreditinin verilməsi qaydaları haqqında məlumat verilib.
Tədbiri giriş sözü ilə universitetin elmi işlər üzrə prorektoru Yusif Qasımov açaraq bildirib ki, Təhsil Tələbə Kredit Fondunun təsis olunması ölkəmizdə təhsilə dövlət qayğısının ən bariz nümunələrindən biridir. Tələbələr üçün yeni imkanlar təklif edən Fond, ali təhsilə əlçatanlığın təmin edilməsi və təhsildə bərabər imkanların yaradılması kimi mühüm missiyalara xidmət edir.
Daha sonra söz Təhsil Tələbə Krediti Fondunun əməkdaşı Tehranağa Abdullayevə verilib. O bildirib ki, Fond Prezident İlham Əliyevin 17 iyun 2021-ci il tarixli 1367 nömrəli Fərmanı ilə təsis olunub. Fondun nizamnamə kapitalının məbləği 80 milyon manat təşkil edir. 2021/2022-ci tədris ilinin payız semestri üçün təhsil tələbə kreditləri ilə bağlı müraciətlərin nəticələri məlum olub, Azərbaycan Universitetinin 50 tələbəsi təhsil tələbə kreditindən yararlanıb ki, 17 tələbəyə sosial, 33 tələbəyə isə standart növ təhsil tələbə krediti verilib. Yaz semestri üzrə müraciətlər isə davam edir. T.Abdullayev çıxışında iştirakçılara tələbə kreditləri sahəsindəki beynəlxalq və yerli təcrübə, təhsil krediti almaq hüququ olanlar, Fondun vəsaiti hesabına verilən tələbə krediti üzrə ümumi tələblər, təhsil tələbə kreditinin növləri, kreditin verilməsinin proseduru, təhsil tələbə kreditinə görə faiz dərəcələri, tələbə kreditləri üzrə tətbiq edilən güzəştlər, kreditin qaytarılması üzrə tələblər, müraciətlərin qəbulu və qeydiyyat prosesi, təhsil tələbə krediti ilə bağlı digər məsələlər haqqında məlumat verib.
Tədbir tələbələrin mövzuya dair suallarının cavablandırılması ilə yekunlaşıb.