Bakı Biznes Universitetində Təhsil Tələbə Krediti Fondu ilə tələbələrin geniş tərkibdə görüşü keçirilib.
Bakı Biznes Universitetində (BBU) Təhsil Tələbə Krediti Fondunun əməkdaşı Aynur Bağırova ilə tələbələrin görüşü keçirilib.
BBU-nun Təlim-tərbiyə işləri üzrə prorektoru Cavidan Heydarov Təhsil Tələbə Krediti Fondu ilə Bakı Biznes Universitetinin yaxından əməkdaşlıq etdiyini qeyd edərək, tələbələrin təhsilə əlçatanlığının təmin edilməsində Fondun fəaliyyətinin əhəmiyyətini vurğulayıb. C.R.Heydarov tələbələrin mütəmadi olaraq Universitet rəhbərliyi və fükultə əməkdaşları tərəfindən Təhsil Tələbə Kreditinin yaratdığı imkanlar barədə məlumatlandırıldığını da qeyd edib.
Daha sonra təqdimatla çıxış edən TTKF-in əməkdaşı Aynur Bağırova qurumun yaradılmasının məqsədi, fəaliyyət istiqamətləri, eləcə də tələbə kreditinə müraciət qaydaları, kreditdən istifadə hüquqları, təhsil tələbə kreditinin növləri, qeydiyyat prosesi və digər məsələlər barədə tələbələrə ətraflı məlumat verib.
Tədbirin sonunda mövzu ilə bağlı tələbələrin sualları cavablandırılıb və təkliflər dinlənilib.