Bakı Dövlət Universitetində Təhsil Tələbə Krediti Fondunun nümayəndələri ilə görüş keçirilib.
Bakı Dövlət Universitetində (BDU) Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədr müavini Bəhruz Əzimov və Fondun əməkdaşı Ağca Məmmədova ilə tələbələrin görüşü keçirilib.
BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov Fondun son illər BDU ilə səmərəli əməkdaşlıq etdiyini qeyd edib, vaxtaşırı keçirilən görüşlərin tələbələrin təhsilə əlçatanlılığı baxımından əhəmiyyətini vurğulayıb.
Daha sonra təqdimatla çıxış edən TTKF-in İdarə Heyəti sədrinin müavini Bəhruz Əzimov və Fondun əməkdaşı Ağca Məmmədova qurumun yaradılmasının məqsədi və fəaliyyət istiqamətləri barədə məlumat verib, layihənin sosial müdafiəsi zəif olan tələbələrə dəstək məqsədi daşıdığını deyiblər. Görüşdə tələbələr təhsil tələbə kreditinə müraciət qaydaları, kreditlərin növləri, qeydiyyat prosesi və digər yeniliklər barədə ətraflı məlumatlandırılıblar.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb və təkliflər dinlənilib.