Bakı Mühəndislik Universitetinin tələbələri Təhsil Tələbə Krediti Fondunun nümayəndəsi ilə görüşüb
Bakı Mühəndislik Universitetinin akt zalında Təhsil Tələbə Krediti Fondunun nümayəndəsi Fatimə Abdullayeva ilə ödənişli əsaslarla təhsil alan tələbələr arasında görüş keçirilib.
Təbliğat və maarifləndirmə məqsədilə keçirilən görüşdə Təhsil Tələbə Krediti Fondunun əməkdaşı Fatimə Abdullayeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 iyun 2021-ci il tarixli 1367 saylı Fərmanı ilə təsis edilmiş TTKF-in fəaliyyət istiqamətləri, Fonda müraciət qaydaları və təhsil tələbə kreditlərinin verilməsi meyarları barədə görüş iştirakçılarına geniş məlumat verib.
Daha sonra tələbələrin sualları cavablandırılıb və birlikdə müzakirələr aparılıb.