Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən tələbələr üçün “Tələbə İnkişaf Platforması (TİP)” çərçivəsində növbəti “TİPx 8: Uğurlu gələcək üçün” konfransı keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tələbələr üçün “Tələbə İnkişaf Platforması (TİP)” çərçivəsində növbəti “TİPx 8: Uğurlu gələcək üçün” konfransı keçirilib.
Tədris ilinin ikinci yarımilliyinin başlanması ilə əlaqədar keçirilən konfransda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəhbəri İnarə Vəliyeva, Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev və Baki Ali Neft Mektebinin rektoru Elmar Qasımov iştirak ediblər.
Gənclərə əmək bazarının tələbləri, müasir çağırışlarla bağlı məlumat verilib, tövsiyələr verilib. Konfrans sual-cavab sessiyası ilə başa çatıb.