Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə kampaniyası davam edir.
Aprelin 27-də Elm və Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar kampaniya çərçivəsində Müşfiqabad qəsəbəsində ağacəkmə mərasimi keçirilib.
Mərasimdə elm və təhsil naziri Emin Əmrullayev, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev də iştirak ediblər.
Təhsil Tələbə Krediti Fondunun əməkdaşlarıda bu kampaniyada iştirak edib.
Kampaniya çərçivəsində qeyd edilən ərazidə 1000 ağac tingi əkilib.
Qeyd edək ki, cari ildən başladılan kampaniya ərzində ölkə üzrə təhsil müəssisələrinin həyətyanı sahələrində müxtəlif növ ağaclar əkilib və proses hələ də davam etdirilir. İlin sonunadək həyata keçirilməsi nəzərdə tutulan kampaniya çərçivəsində ümumilikdə 100 min ağacın əkilməsi planlaşdırılır.