Karyera günü və İş yarmarkası
Azərbaycan Dillər Universiteti və ABŞ səfirliyinin Bakı Amerika Mərkəzi və ABŞ təhsilli Azərbaycanlı Məzunların İctimai Birliyinin dəstəyi ilə “Karyera günü və iş yarmarkası” baş tutub.
Azərbaycan Dillər Universiteti və ABŞ səfirliyinin Bakı Amerika Mərkəzində təşkil olunan tədbirdə özəl sektor, dövlət qurumları və biznes sahəsinin İnsan Resursları üzrə departamentinin nümayəndələri iştirak ediblər.
Təhsil Tələbə Krediti Fondunun əməkdaşları da bu yarmarkada iştirak edib.
Tədbir iki hissədən ibarət olub.
Birinci hissədə Azərbaycan İnsan Resursları İnstitutunun icraçı direktoru Emil Hüseynov, PAŞA Bankın İstedadların cəlb olunması və işə qəbul üzrə qrup rəhbəri, peşəkar karyera təlimçisi Fidan Hüseynova və Təhsil Tələbə Krediti Fondunun əməkdaşı Aysel Həsənova çıxış edərək, karyera planlaması və iş dünyasına hazırlıq, müsahibəyə hazırlıq kimi mövzularda iştirakçıları məlumatlandırıblar.
Tədbirin ikinci hissəsi isə şirkətlərlə tanışlıq, sərgi materiallarının paylanmasına həsr olunub.
Tədbirin keçirilməsinin əsas məqsədi universitet məzunları, mütəxəssislər, işsizlər üçün gələcək karyera inkişafında kömək göstərməkdir.
Eyni zamanda, müxtəlif şirkətləri İnsan Resursları departamentlnin nümayəndələri ilə birbaşa ünsiyyətdə olmaqdır.