Milli Observatoriyanın rəhbər şəxsləri ilə görüş
16 may tarixində Təhsil Tələbə Krediti Fondunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın rəhbər şəxsləri ilə görüş keçirildi.
Fond ilə Milli Observatoriya arasında əmək bazarında çox tələb olunan ixtisasların müəyyən edilməsi, proqnozlaşdırılan ixtisaslar üzrə təlimlərin təşkili, təhsil tələbə kreditindən yararlanan tələbə valideynləri arasında sorğuların keçirilməsi və digər mövzularda geniş müzakirələr aparıldı.
Görüşdə Təhsilin əmək bazarının tələbləri ilə əlaqəli təhlili və tədqiqatı sahəsində birgə işçi qrupunun yaradılması, bu istiqamətdə sıx əməkdaşlığın qurulması və qarşılıqlı təcrübə mübadiləsinin aparılması haqqında razılıq əldə olundu.