Naxçıvan Müəllimlər İnstitutunun tələbələri ilə görüş keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən İnstitutun Elmi katibi Qurban Qurbanlı qeyd edib ki, təhsilə daha çox diqqət və qayğı göstərilməsi, onun müasir dünya standartlarına uyğun təşkili tələbələrin qarşısına böyük məsuliyyət qoyur və bu istiqamətdə ali təhsil sistemi ölkənin başlıca inkişaf amili kimi çıxış edir.
Maarifləndirmə məqsədilə keçirilən görüşdə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədr müavini Tahir Xələfov Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2021-ci il tarixli 1367 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində yaradılmış Təhsil Tələbə Krediti Fondunun fəaliyyət istiqamətləri, Fondun əməkdaşı Məhəmmədəli Abdin təhsil tələbə kreditlərinin növləri və kreditdən istifadə hüquqları, tətbiq edilən güzəştlər haqqında tələbələrə ətraflı məlumat veriblər. Diqqətə çatdırılıb ki, Təhsil Tələbə Kreditinin ayrılmasında məqsədin təhsilin hamı üçün, xüsusi ilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsi olduğunu vurğulayıb.
Sonra Təhsil Tələbə Krediti Fondunun əməkdaşları tərəfindən tələbələri maraqlandıran suallar cavablandırılıb.
Sonda Qurban Qurbanlı bütün kollektiv adından görüşün keçirilməsi məqsədilə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinə təşəkkürünü bildirib, iştirakçı tələbələrə yaradılan imkanlardan maksimum istifadə etməyi və güzəşt imkanlarından yararlanmağı tövsiyə edib.