‟Naxçıvan” Universitetində Təhsil Tələbə Krediti Fondunun İdarə heyətinin sədri Araz Paşayevin tələbələrlə görüşü keçirilib.
Mayın 12-də ‟Naxçıvan” Universitetində Təhsil Tələbə Krediti Fondunun İdarə heyətinin sədri Araz Paşayevin tələbələrlə görüşü keçirilib.
Tədbirdə Naxçıvan Universitetinin rektoru dosent Nurlana Əliyeva çıxış edərək qonaqları salamlayıb və təhsil tələbə kreditinin faydalarından danışıb.
Maarifləndirmə məqsədilə keçirilən görüşdə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev Təhsil Tələbə Krediti Fondunun fəaliyyət istiqamətləri, təhsil tələbə kreditinə müraciət qaydaları və verilməsi meyarları barədə geniş məlumat verib. Araz Paşayev qeyd edib ki, Təhsil Tələbə Krediti Fondunun əsas missiyası təhsilin hər kəs üçün, xüsusilə də həssas əhali qrupundan olan tələbələr üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılmasıdır.
Görüşdə elektron sistemin işləmə mexanizmi canlı nümayiş etdirilib, mövzuya dair suallar cavablandırılıb və səsləndirilən təkliflər dinlənilərək qeydə alınıb.
Tədbirin yüksək səviyyədə keçirilməsini təşkil etdiklərinə görə Naxçıvan Universitetinin kollektivinə təşəkkürümüzü bildiririk!