Naxçıvan Universitetinin tələbələri ilə maarifləndirici görüş keçirilib
Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Araz Paşayev “Naxçıvan” Universitetində olub.
Universitetin rektoru Anar Kazımov və inzibati heyətlə olan görüşdə rektor ali təhsil müəssisəsinin fəaliyyəti, tədris sahəsində aparılan islahatlar və son dövrlərdə gedən dəyişikliklər barədə qonağa məlumat verib. Bildirib ki, “Naxçıvan” Universiteti müasir çağırışlara cavab verən tələbəyönümlü təhsil siyasəti həyata keçirir. Buna görə də Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2021-ci il tarixli Fərmanı ilə Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılmış Təhsil Tələbə Krediti Fondunun fəaliyyət istiqamətləri həqiqətən də təqdirəlayiqdir. Fond gənclərin təhsilə əlçatanlığı üçün önəmli işlər həyata keçirir.
Daha sonra isə Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Araz Paşayev universitetin tələbələri ilə görüşüb.
Görüşdə “Naxçıvan” Universitetinin rektoru, dosent Anar Kazımov ölkəmizdə aparılan təhsil islahatları, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən danışıb. Qeyd olunub ki, TTKF-nin yaradılması ali təhsilə və aztəminatlı təbəqədən olan gənclərə dövlət qayğısının bariz nümunəsidir.
Rektor ötən tədris ilində “Naxçıvan” Universitetində təhsil alan tələbələrin Təhsil Tələbə Krediti Fonduna müraciət statistikasını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, indiyədək universitetin 70-dən çox tələbəsi fondun yaratdığı imkanlardan yararlanıb.
Fondun İdarə Heyətinin sədri Araz Paşayev Təhsil Tələbə Krediti Fondunun fəaliyyət istiqamətləri, təhsil tələbə kreditinin növləri və kreditdən istifadə hüquqları, tətbiq edilən güzəştlər haqqında tələbələrə ətraflı məlumat verib. Araz Paşayev qeyd edib ki, fondun yaradılmasında əsas məqsəd əhalinin aztəminatlı təbəqəsindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, onlar üçün bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir. Belə ki, dünyanın ən qabaqcıl təcrübələrini özündə birləşdirən TTKF-nin Azərbaycanda mövcud olması tələbələr üçün yeni imkanlar yaradıb.
Görüşdə təhsil tələbə kreditinə dair elektron sistemin işləmə mexanizmi nümayiş etdirilib, mövzu ilə bağlı tələbələrin sualları cavablandırılıb.