Naxçıvanda Ümumilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ANAİB I Naxçıvan Kitab Sərgisi keçirilib.
13-14 may tarixlərində Naxçıvanda “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB), “Naxçıvan” Universiteti və “Hədəf” Şirkətlər Qrupunun təşkilatçılığı, eləcə də “Sirab” ASC-nin baş sponsorluğu, “Hədəf” kurslarının sponsorluğu ilə Ümumilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ANAİB I Naxçıvan Kitab Sərgisi keçirilib.
Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədr müavini Bəhruz Əzimov bu tədbirdə iştirak edib və təhsil tələbə kreditləri haqqında təqdimat edib. Bəhruz Əzimov öz çıxışında təhsil tələbə kreditinin təhsilin əhatə dairəsinin genişləndirilməsində, sosial həssas qrupların təhsilə çıxış imkanlarının təmin olunmasında və təhsilin keyfiyyətinin inkişafında oynadığı rolu vurğulayıb. Bundan əlavə qeyd edib ki, abituriyentlər ixtisas seçimi zamanı təhsil tələbə kreditlərini nəzərə alaraq öz maraq və istəklərinə uyğun seçim etmək şansı qazanırlar, bu da öz növbəsində motivasiyasına uyğun ixtisaslaşmış tələbələrin mütəxəssis və ekspert kimi yetişib iqtisadiyyatımıza daha böyük dəyər qatmalarını təmin edir.
Çıxışın yekununda repetitor müəllimlərin və tədbir iştirakçılarının sualları interaktiv qaydada cavablandırılıb.