Təhsil Tələbə Krediti Fondu ilə Regional Təhsil İdarələri arasında görüş keçirildi.
Görüşdə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev, Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev və Regional Təhsil İdarələrinin rəhbərləri iştirak etdi.
Tədbirdə sözə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev qonaqları salamlayaraq başladı. Fondun sədri Təhsil Tələbə Krediti Fondunun fəaliyyət istiqamətləri, təhsil tələbə kreditinin növləri və kreditdən istifadə hüquqları, tətbiq edilən güzəştlər haqqında ətraflı məlumat verdi. Araz Paşayev çıxışında qeyd etdi ki, Fondun yaradılmasında əsas məqsəd ölkədə təhsilə çıxış imkanlarının genişləndirilməsi, təhsilin hamı üçün, xüsusi ilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin əlçatanlığının təmin edilməsi və təhsilin akademik keyfiyyətinin artırılmasını təmin etməkdir. Eyni zamanda qonaqlara 2022-2023 tədris ilinin payız semestri üzrə hesabatı təqdim edildi.
Daha sonra Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev tədbir iştirakçılarına görüşün məqsədi, regionlarda abituriyentlərin ali məktəbə qəbulu zamanı təhsil tələbə kreditləri əsasında daha düzgün seçim edə bilməsi haqqında ətraflı məlumat verdi.
Regional təhsil idarələrinin müvafiq rayonları üzrə 9-11-ci buraxılış sinifi şagirdlərinin sayını əks etdirən statistik məlumatların rəhbər şəxslər tərəfindən təqdim edildi. Bu statistika ətrafında və regional təhsil idarələrinin tabeliyində olan rayonlar üzrə qeyd edilən sinifləri əhatə edən maarifləndirici tədbirlərin keçirilməsi ilə bağlı mümkün əməkdaşlıqların müzakirələri aparıldı.
Regional təhsil idarələrinin müdirlərinin sualları cavablandırldı və təklifləri dinlənildi.
Görüşün keçirilməsinin əsas məqsədi isə abituriyentlərə buraxılış imtahanlarından sonra ixtisas seçimi zamanı arzusunda olduqları ixtisas üzrə seçim etməkdə Fondun yaratdığı imkanlardan faydalana biləcəkləri barədə məlumatların çatdırılmasından ibarət idi.