Təhsil Tələbə Krediti Fondunda abituriyent hazırlığını həyata keçirən tədris kurslarının idarə heyətinin nümayəndələri ilə görüş keçirilib.
Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev abituriyent hazırlığını həyata keçirən tədris kurslarının İdarə Heyətinin nümayəndələri ilə görüşüb.
17 mart tarixində baş tutan görüşdə " Zəfər Kursları ", " Master NR 1 Tədris Mərkəzi", " Kamal Kursları " və " Dərs Evi " kurslarının İdarə Heyətinin nümayəndələri iştirak edib. Görüş çərçivəsində tədris müəssisələrində hazırlıq kursları keçən abituriyentlərin təhsil tələbə kreditlərindən yararlanma imkanları haqqında məlumatlandırılması ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin Fondla abituriyent hazırlığını həyata keçirən tədris kurslarının birgə əməkdaşlıq imkanları müzakirə olunub.
Qeyd olunub ki, ödənişli əsaslarla qəbul olunmuş abituriyentlər Təhsil Tələbə Krediti Fondunun imkanlarından yararlanıb istədikləri ixtisaslar üzrə təhsil ala bilərlər.