Təhsil Tələbə Krediti Fondunda “ArchiCO” MMC tərəfindən işə götürülmüş şəxslərə əmək müqaviləsi bildirişlərinin təqdim edilməsi ilə bağlı tədbir keçirilmişdir.

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev təhsil tələbə krediti almış tələbələrin təhsilini bitirdikdən sonra işlə təmin olunmasından və bu istiqamətdə “ArchiCO” MMC ilə birgə əməkdaşlığın qurulmasından danışdı. Fondun sədri bu günə qədər TTK-dan yararlanmış tələbələrin statistikası barədə məlumat verdi. TTK-dan yararlanmış tələbələrin gələcəkdə əmək bazarına çıxış imkanlarının artırılması ilə bağlı işəgötürənlərlə əlaqələrin qurulması, bu istiqamətdə qurulan əməkdaşlıqların daha da genişləndirilməsi və gələcəkdə daha çox TTK almış tələbənin bu imkanlardan yararlana bilməsi üçün işlərin aparıldığını tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Daha sonra “ArchiCO” MMC-nin baş direktoru Məhəmməd Musayev Təhsil Tələbə Krediti Fondunun faydalarından danışdı. Direktor bildirdi ki, “ArchiCO” MMC vakansiya elanları olduğu zaman Təhsil Tələbə Krediti Fonduna müraciət edir və bu istiqamətdə qurulmuş əməkdaşlığın nəticəsi olaraq artıq 12 nəfər TTK-dan yararlanmış tələbə bu gün işə qəbul olunublar.
Qarşılıqlı əməkdaşlığın qurulmasında böyük rolu olduğuna görə şirkətin İnsan Resursları üzrə rəhbəri Dünya Dadaşovaya təşəkkürümüzü bildiririk.
Sonda işə qəbul olmuş məzunların əmək müqavilələri təqdim olunub və onların valideynləri ilə müzakirələr aparılıb.