Təhsil Tələbə Krediti Fondunda “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi (Bir Könüllü) üzvləri ilə görüş keçirilib.
12 mart tarixində Təhsil Tələbə Krediti Fondunda “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi (Bir Könüllü) üzvləri üçün Fondun fəaliyyət dairəsini əhatə edən təqdimat keçirilib. Fondun İdarə Heyətinin sədri Araz Paşayev tərəfindən həyata keçirilən təqdimatın nəticəsi olaraq Təhsil Tələbə Krediti Fondu haqqında təhsil aldıqları universitetlərdə məlumat sessiyalarının, görüşlərin keçirilməsinə dair iş planları müzakirə olunub və müvafiq qərarlar qəbul edilib. Bununla yanaşı, tədbirin sonunda tələbələri Fondun fəaliyyət istiqamətləri və təhsil tələbə kreditləri haqqında maraqlandıran suallar cavablandırılıb.