Təhsil Tələbə Krediti Fondunda kollec rəhbərləri ilə görüş keçirilib.
14 mart tarixində Təhsil Tələbə Krediti Fondunda kollec rəhbərləri ilə görüş keçirilib. Fondun İdarə Heyətinin sədri Araz Paşayev Təhsil Tələbə Krediti Fondunun fəaliyyəti və bu günədək görülən işlər barədə ətraflı məlumat verib. Fond rəhbəri bildirib ki, ölkəmizdə fəaliyyət göstərən 44 ali təhsil müəssisəsinin, eyni zamanda, 55 orta ixtisas təhsili müəssisəsinin tələbələri təhsil tələbə krediti üçün müraciət edə bilərlər. Görüş zamanı təhsil tələbə kreditlərinə edilən güzəştlər, kreditlərin ödənilməsi, sosial və standart tələbə kreditləri haqqında müzakirələr aparılıb, tədbir iştirakçılarının sualları cavablandırılıb.