Təhsil Tələbə Krediti Fondunun əməkdaşı Gəncə, Daşkəsən və Göygöl şəhərlərində görüş keçirib.
Təhsil Tələbə Krediti Fondunun əməkdaşı Məhəmmədəli Abdin Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə 06-07 iyun tarixlərində Gəncə, Daşkəsən, Samux və Göygöl şəhərlərində 9-11 ci sinif şagirdlərinin maarifləndirilməsi istiqamətində görüşlər keçirib.
Görüşlər Gəncə şəhəri 28 nömrəli tam orta məktəbində, Göygöl şəhər Gənclər Evində, Sərkar kənd tam orta məktəbində və Daşkəsən rayonu Quşçu kənd tam orta məktəbində keçirilib. Fondun əməkdaşı tərəfindən abituriyentlərə TTKF-in fəaliyyət istiqamətləri, Fonda müraciət qaydaları və təhsil tələbə kreditlərinin verilməsi meyarları barədə geniş məlumat verilib. Abituriyentlərə Təhsil Tələbə Krediti Fonduna güvənərək ixtisas seçimi edərkən arzuladıqları ixtisası seçmələri və sevdikləri sahə üzrə mütəxəssis olmağı bildirilib.
Sonda abituriyentlərin sualları cavablandırılıb və təklifləri dinlənilib.