Təhsil Tələbə Krediti Fondunun əməkdaşları Gəncə Dövlət Universitetində görüş keçirdib.
27 aprel tarixində Gəncə Dövlət Universitetində Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədr müavini Tahir Xələfov və Fondun əməkdaşı Məhəmmədəli Abdin tələbə və magistrantlarla məlumatlandırıcı görüş keçirib.
Tədbiri giriş sözü ilə Tədrisin təşkili və idarə olunması sektorunun müdiri Quliyeva Sevinc açaraq bildirib ki, Fondun yaradılması ölkəmizdə təhsilə dövlət qayğısının ən bariz nümunələrindən biridir. TTKF-nin tələbələr üçün yaratdığı imkanlar, ali təhsilə əlçatanlığın təmin edilməsi və təhsildə bərabər imkanların yaradılması kimi mühüm missiyalara xidmət etdiyini diqqətə çatdırıb.
Sonra TTKF-nın İdarə Heyətinin sədr müavini Tahir Xələfov təhsil tələbə kreditinin növləri və onlardan istifadə hüququ, kreditin verilməsinə dair tələblər və tətbiq edilən güzəştlər haqqında məlumat verib. Fondun əməkdaşı Məhəmmədəli Abdin kreditlərin verilməsi və qaytarılması prosedurları, möhlət, müddət və faiz şərtləri barədə tələbələrə ətraflı məlumatlar verib və təqdim olunan sualları cavablandırıb.