Təhsil Tələbə Krediti Fondunun əməkdaşları Şəki və Qax şəhərlərində görüşlər keçirib.
Təhsil Tələbə Krediti Fondunun əməkdaşları Orxan Abbasov və Ağca Məmmədova Şəki - Zaqatala Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə 06 iyun tarixlərində Şəki və Qax şəhərlərində 9-11 ci sinif şagirdlərinin maarifləndirilməsi istiqamətində görüşlər keçirib.
Görüşlər Şəki rayon Qoxmuq kənd tam orta məktəbində və Qax şəhər 2 saylı tam orta məktəbində keçirilib. Fondun əməkdaşları tərəfindən abituriyentlərə TTKF-in fəaliyyət istiqamətləri, Fonda müraciət qaydaları və təhsil tələbə kreditlərinin verilməsi meyarları barədə geniş məlumat verilib. Abituriyentlərə Təhsil Tələbə Krediti Fonduna güvənərək ixtisas seçimi edərkən arzuladıqları ixtisası seçmələri və sevdikləri sahə üzrə mütəxəssis olmağı bildiriblər.
Sonda abituriyentlərin sualları cavablandırılıb və təklifləri dinlənilib.