Təhsil Tələbə Krediti Fondunun əməkdaşları Zaqatala və Balakən şəhərlərində görüşlər keçirib.
Təhsil Tələbə Krediti Fondunun əməkdaşları Orxan Abbasov və Ağca Məmmədova Şəki - Zaqatala Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə 07 iyun tarixlərində Zaqatala və Balakən şəhərlərində 9-11 ci sinif şagirdlərinin maarifləndirilməsi istiqamətində görüşlər keçirib.
Görüşlər Zaqatala şəhəri Heydər Əliyev mərkəzində və Balakən şəhər Mədəniyyət sarayında keçirilib. Fondun əməkdaşları tərəfindən abituriyentlərə TTKF-in fəaliyyət istiqamətləri, Fonda müraciət qaydaları və təhsil tələbə kreditlərinin verilməsi meyarları barədə geniş məlumat verilib. Abituriyentlərə Təhsil Tələbə Krediti Fonduna güvənərək ixtisas seçimi edərkən arzuladıqları ixtisası seçmələri və sevdikləri sahə üzrə mütəxəssis olmağı bildiriblər.
Sonda abituriyentlərin sualları cavablandırılıb və təklifləri dinlənilib.