Təhsil Tələbə Krediti Fondunun Himayəçilik Şurasının növbəti iclası keçirildi.
İclasda Fond tərəfindən görülən işlərin icra vəziyyəti barədə hesabatlar dinlənildi.
Bildirildi ki, fəaliyyət göstərdiyi müddət ərzindən Fond 25000-ə yaxın tələbəyə təhsil krediti ayıraraq, onların təhsil arzularının gerçəkləşməsinə dəstək göstərmişdir. İclasda Fondun fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılmış, “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyul 2021-ci il tarixli 226 saylı Qərarı ilə təsdiq edilmiş Qaydaya dəyişikliklərin edilməsi ilə bağlı təkliflər dinlənilərək müsbət qiymətləndirilmiş və bu barədə normativ hüquqi akt layihəsinin hazırlanaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsi qərara alınmışdır.