Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədr müavini Ağdam və Ağcabədi rayonlarında maarifləndirici tədbir keçirib.
Tədbirdə Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov, Ağdam rayonu üzrə sektor müdiri Tahir Abbasov , Qarabağ Regional Təhsil İdarəsinin əməkdaşı Elşən Məmmədov, Ağcabədi rayonu üzrə məsləhətci,sektor müdirini müvəqqəti əvəz edən Nərminə Məmmədova, Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədr müavini Bəhruz Əzimov, ümumtəhsil müəssisələrində təhsil alan buraxılış sinif şagirdləri iştirak ediblər.
Görüşlər Ağdam rayon Muğam Mərkəzində və Ağcabədi rayon Bayraq Muzeyində keçirilib. Fondun İdarə Heyətinin sədr müavini tərəfindən abituriyentlərə TTKF-in fəaliyyət istiqamətləri, Fonda müraciət qaydaları və təhsil tələbə kreditlərinin verilməsi meyarları barədə geniş məlumat verilib. Abituriyentlərə Təhsil Tələbə Krediti Fonduna güvənərək ixtisas seçimi edərkən arzuladıqları ixtisası seçmələri və sevdikləri sahə üzrə mütəxəssis olmağı bildirib.
Sonda abituriyentlərin sualları cavablandırılıb və təklifləri dinlənilib.