Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev Bakı Slavyan Universitetində tələbələrlə görüşüb.

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev ölkəmizdə aparılan təhsil islahatları, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən, təhsillə bağlı həyata keçirilən davamlı dövlət proqramları barəsində danışıb. O, vurğulayıb ki, TTKF-nun yaradılması ali təhsilə və aztəminatlı təbəqədən olan gənclərə dövlət qayğısının əsas göstəricisidir. Rektor görüşün əsas məqsədinin təhsil tələbə kreditinin əhəmiyyəti və onun tələbələrə yaratdığı imkanlar haqqında məlumat vermək olduğunu deyib.
Milli Məclisin deputatı Malahat Ibrahimgizi TTKF-nun Azərbaycan gəncinə qloballaşan dünyada geniş imkanlar təqdim etdiyini vurğulayıb. O, bu layihənin Prezident İlham Əliyevin həyata keçirdiyi sosial layihələr arasında xüsusi yer tutduğunu bildirib.
Fondun İdarə Heyətinin sədri Araz Paşayev çıxışında qeyd edib ki, Fondun yaradılmasında əsas məqsəd ölkədə təhsilə çıxış imkanlarının genişləndirilməsi və təhsilin akademik keyfiyyətinin artırılmasını təmin etməkdir. O, Fondun fəaliyyət istiqamətləri, tarixi, TTKF-ə müraciət üçün ümumi tələblər haqqında geniş məlumat verib.
Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin üzvü Müşfiq Məmmədli təhsilə əlçatanlığı təmin etmək, tələbələr üçün bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək baxımından Fondun faəliyyətini yüksək qiymətləndirib.
Görüşdə elektron sistemin işləmə mexanizmi canlı nümayiş etdirildi, mövzuya dair suallar cavablandırıldı və səsləndirilən təkliflər dinlənilərək qeydə alındı.
Tədbirin yüksək səviyyədə keçirilməsini təşkil etdiklərinə görə Bakı Slavyan Universitetinin kollektivinə təşəkkürümüzü bildiririk!