Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev ilə Bakı Dövlət Universitetinininin tələbələri arasında görüş keçirilib.

Təbliğat, təşviqat və maarifləndirmə məqsədilə keçirilən görüşdə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev Azərbaycan Respublikasının Prezidentinin 17 iyun 2021-ci il tarixli 1367 nömrəli Fərmanı ilə yaradılmış TTKF-in fəaliyyət istiqamətləri, Fonda müraciət qaydaları və təhsil tələbə kreditlərinin verilməsi meyarları barədə geniş məlumat verib. Tədbirdə tələbələr tərəfindən verilən suallar cavablandırılıb və geniş müzakirələr aparılıb. Araz Paşayev Fondun fəaliyyətinin əsas məqsədinin təhsilə əlçatanlığı təmin etməkdən, təhsil almaqda bərabər imkanlar yaratmaqla yanaşı təhsilin əhatə dairəsini genişləndirməkdən və təhsilin keyfiyyətini yüksəltməkdən ibarət olduğunu vurğulayıb.
Bakı Dövlət Universitetinin Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor Əliş Ağamirzəyev çıxış edərək tələbələrin təhsil haqqının ödənilməsi üçün Fondun yaradılmasının çox əhəmiyyətli olduğunu bildirib.
Tədbirin yüksək səviyyədə keçirilməsini təşkil etdiklərinə görə Bakı Dövlət Universitetinin kollektivinə təşəkkürümüzü bildiririk!