Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev ilə Naxçıvan Dövlət Universitetinin tələbələri arasında görüş keçirilib.
Bu gün Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev ilə Naxçıvan Dövlət Universitetinin tələbələri arasında görüş keçirilib.
Təbliğat, təşviqat və maarifləndirmə məqsədilə keçirilən görüşdə ilk öncə Naxçıvan Dövlət Universitetinin rektoru tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev tədbir iştirakçılarını salamlayıb. Daha sonra Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev Azərbaycan Respublikasının Prezidentinin 17 iyun 2021-ci il tarixli 1367 nömrəli Fərmanı ilə yaradılmış Təhsil Tələbə Krediti Fondunun fəaliyyət istiqamətləri, təhsil tələbə kreditinə müraciət qaydaları və verilməsi meyarları barədə geniş məlumat verib. YAP universitet şəhərciyi ərazi partiya təşkilatının sədri, “Beynəlxalq münasibətlər” kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Arzu Abdullayev və Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Hüseyn İmanovun çıxışları dinlənilib.
Tədbirdə tələbələr tərəfindən verilən suallar cavablandırılıb və geniş müzakirələr aparılıb. Araz Paşayev Fondun fəaliyyətinin əsas məqsədinin təhsildə əlçatanlığın təmin olunması, təhsil almaqda bərabər imkanlar yaratmaqla yanaşı təhsilin əhatə dairəsini genişləndirilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsindən ibarət olduğunu vurğulayıb.
Tədbirin yüksək səviyyədə keçirilməsini təşkil etdiklərinə görə Naxçıvan Dövlət Universitetinin kollektivinə təşəkkürümüzü bildiririk!