Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev Naxçıvanda yerləşən ali təhsil müəssisələrində görüş keçirdib.
Azərbaycan Respublikası Təhsil Nazirliyi tabeliyində Təhsil Tələbə Krediti Fondu tərəfindən Bakı şəhərində və regionlarda fəaliyyət göstərən ali təhsil müəssisələrində tələbələr arasında təbliğat və təşviqat işlərinin aparılması, maarifləndirmənin artırılması məqsədilə silsilə görüşlərin təşkili davam etdirilir.
Bu silsilədən olan növbəti görüşlərin Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrində -Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvan Universitetində keçirilməsi məqsədilə Fondun idarə heyətinin sədri Araz Paşayev və Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı və statistika şöbəsinin aparıcı məsləhətçisi Cabbar Hüseynov Naxçıvan şəhərində ezamiyyətdədir.
Bu gün numayəndə heyətinin Naxçıvan Muxtar Respublikasının Təhsil Naziri Rəhman Məmmədov ilə görüşü keçirilmişdir. Görüş zamanı ölkə prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə olan xüsusi diqqəti, qayğısı və təhsil sahəsində aparılan bir sıra islahatlardan danışılmışdır. Təhsil Tələbə Krediti Fondunun yaradılmasının da təhsil sahəsinə olan diqqətin və qayğının təcəssümü olduğu vurğulanmışdır.