Təhsil Tələbə Krediti Fondunun nümayəndələri Azərbaycan Dövlət Aqrar Universitetində olublar.

Fondun nümayəndələri Tehranağa Abdullayev və Ağca Məmmədova ilə Azərbaycan Dövlət Aqrar Universitetinin tədris şöbəsinin müdiri Elay Zeynallı, tədris şöbəsinin müdir müavini Xalisə Nəsibova, elm şöbəsinin müdiri Elçin Nəsirov, tədris şöbəsinin baş mütəxəssisi Aynur Hüseynova, mütəxəssis Səadət Səfərova və digər dekan müavinləri və akademik məsləhətçiləri arasında görüş keçirilib.
Görüş zamanı ADAU-nun təhsil tələbə kreditləri üzrə məsul şəxsi Xalisə Nəsibova Təhsil Tələbə Kredti Fondunun yaradılması təşəbbüsünü dəstəklədiyini, təhsil tələbə kreditlərinin verilməsi mexanizmi haqqında tələbələr arasında maarifləndirmə işlərinin daha geniş şəkildə aparılmasının əhəmiyyətini vurğulayıb.
Fondun əməkdaşlarının təhsil tələbə kreditləri haqqında təqdimatından sonra məsul şəxslərin və tələbələrin sualları cavablandırılıb, təklifləri qeydə alınıb. Bunlarla yanaşı müzakirələr zamanı gələcəkdə universitetin tələbələri ilə görüşlərin keçirilməsi məsələsi qeyd olunub və planlaşdırılıb.