Təhsil Tələbə Krediti Fondunun nümayəndələri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində olublar.

Görüşün əsas məqsədi təhsil tələbə kreditləri ilə bağlı birgə məlumatlandırma işinin təşkili istiqamətində müzakirələr aparmaq və universitet ilə daha sıx əməkdaşlıq etmək imkanlarını nəzərdən keçirmək olub.
Fondun idarə heyətinin sədr müavini Tahir Xələfov təmsil etdiyi qurumun fəaliyyəti haqqında görüş iştirakçılarını məlumatlandırıb. Bildirib ki, artıq 2021-2022 tədris ilinin payız semestri fondun yaratdığı portal üzərindən kreditlə bağlı müraciətlər qəbul olunub. T.Xələfov Təhsil Tələbə Krediti Fondunun iş prinsiplərini təbliğ etmək məqsədilə ali məktəblər və tələblərlə silsilə görüşlər keçirildiyini də deyib.
ADMİU-nun Tədris işləri üzrə prorektoru, dosent Nigar Rüstəmova Fondun nümayəndələrini universitetdə görməkdən məmnunluğunu dilə gətirib. Prorektor dövlətin təhsilə qayğısından, bu istiqamətdə həyata keçirilən layihələrdən ətraflı bəhs edib, Təhsil Tələbə Krediti Fondunun əhəmiyyətindən danışıb. N.Rüstəmova təhsil kreditlərinin verilməsi ilə bağlı tələbələrlə görüşlər təşkil etməyin vacibliyini önə çəkib və tələbələrin mövcud sistemdən daha çox yararlana bilmələri üçün bir sıra təkliflər səsləndirib.
ADMİU-nun fakültə dekanları, Kulturologiya fakültəsinin dekan müavini və mətbuat xidmətinin rəhbəri Təhsil Tələbə Krediti Fondunun əməkdaşı Günay Baxışova iştirak ediblər. Müzakirələr zamanı fakültə dekanlarının təhsil tələbə kreditinə dair təklifləri dinlənilib, sualları cavablandırılıb.