Təhsil Tələbə Krediti Fondunun nümayəndələri Azərbaycan Kooperasiya Universitetində olublar.

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədr müavini Bəhruz Əzimov və Fondun əməkdaşları Ağca Məmmədova , Ağamusa İsazadə ilə Tədris işləri üzrə prorektor Fikrət Quliyev, tədris şöbəsinin müdiri Vahid Gəraylı, baş mühasibin müavini Azər Qurbanzadə, elm və innovasiya üzrə prorektorun köməkçisi Gülsüm Xaliqova, mətbuat və ictimai işlər xidmətinin rəhbəri Tamerlan Əkbərov və Tələbə Gənclər Təşkilatının sədri Nahid Əsədzadə ilə görüş keçirilib.
Görüş zamanı AKU-nun Tədris işləri üzrə prorektoru Fikrət Quliyev 2021 – 2022 tədris ili üçün qeydiyyatdan keçmiş tələbələr haqqında müzakirələr edib, Fondun əməkdaşlarının təhsil tələbə kreditləri haqqında təqdimatından sonra məsul şəxslərin və tələbələrin sualları cavablandırılıb, təklifləri qeydə alınıb. Bunlarla yanaşı müzakirələr zamanı gələcəkdə universitetin tələbələri ilə görüşlərin keçirilməsi məsələsi qeyd olunub və planlaşdırılıb.
Qeyd edək ki, ötən semestr ərzində Azərbaycan Kooperasiya Universitetinin 35 tələbəsi təhsil tələbə kreditindən yararlanıb ki, onlardan 18 tələbə sosial, 17 tələbə isə standart növ təhsil tələbə kreditinə müraciət etmişdir.