Təhsil Tələbə Krediti Fondunun nümayəndələri Bakı Mühəndislik Universitetində olublar.

Görüşdə Təhsil Tələbə Kredti Fondunun İdarə Heyətinin sədr müavini Bəhruz Əzimov və Fondun digər əməkdaşları Ağca Məmmədova , Ağamusa İsazadə, Tədris işləri üzrə prorektoru, professor Həmzağa Orucov, Tərbiyə işləri üzrə prorektoru Bayram Hüseynzadə, Tədris hissəsinin müdiri Ramil Hacıyev iştirak ediblər.
Görüş zamanı ilk olaraq Bəhruz Əzimov çıxış edərək, 2021/2022-ci tədris ili üçün statistik informasiyaları nəzərə çatdırıb və hazırda yaz semestri ilə bağlı müraciətlərin davam etdiyini bildirib. Tədris işləri üzrə prorektoru, professor Həmzağa Orucov təhsil kreditlərinin verilməsi ilə bağlı tələbələrlə görüşlər təşkil etməyin vacibliyini önə çəkib və tələbələrin mövcud sistemdən daha çox yararlana bilmələri üçün bir sıra təkliflər səsləndirib. Tərbiyə işləri üzrə prorektoru Bayram Hüseynzadə həssas ailələrdən olan təhsilalanlara maddi dəstəyin verilməsi məqsədinə xidmət edən Təhsil Tələbə Krediti Fondunun önəmini vurğulayıb. Çıxışlarda təhsil tələbə kreditlərinin verilməsi ilə bağlı tələbələri ətraflı məlumatlandırılmasında bu xidmətlərdən yararlanmağın vacibliyi qeyd olunub.
Qeyd edək ki, ötən semestr ərzində Bakı Mühəndislik Universitetinin 86 tələbəsi təhsil tələbə kreditindən yararlanıb ki, onlardan 21 tələbə sosial, 65 tələbə isə standart növ təhsil tələbə kreditinə müraciət etmişdir.