Təhsil Tələbə Krediti Fondunun nümayəndələri Lənkəran Dövlət Universitetidə olublar.

Təhsil Tələbə Kredti Fondunun İdarə Heyətinin sədr müavini Bəhruz Əzimov və Fondun əməkdaşı Ağamusa İsazadə ilə Lənkəran Dövlət Universitetin əməkdaşları arasında görüş keçirilib.
Görüşdə Tədris və təlimin təşkili üzrə prorektor İdrak Əsgərov, Tədris və təlimin təşkili üzrə direktor müavini Ramin Fərzullazadə, “Qeydiyyat,qiymətləndirmə və monitorinq” şöbəsinin müdiri Asif İmanlı, Tələbə Elmi Cəmiyyətinin sədri Samir Salayev, Baş Mühasib Rəşad Rzazadə, Gənclərlə iş üzrə Mütəxəssis Aytac Tacibzadə, Tələbə Həmkarlar Təşkilatı sədri Rəsul Rzayev iştirak ediblər.
Görüş zamanı Fondun əməkdaşları təhsil tələbə kreditlərinin verilmə qaydaları və əhatə dairəsi haqqında ətraflı məlumat verib. Həmçinin payız semestri üzrə hesabata əsasən təhsil tələbə kreditlərinin statistikası müzakirə edilib. LDU-nun məsul şəxsləri tərəfindən verilən suallar cavabladırılıb, edilən təkliflər qeydə alınıb.
Qeyd edək ki, ötən semestr ərzində Lənkəran Dövlət Universitetinin 170 tələbəsi təhsil tələbə kreditindən yararlanıb ki, onlardan 58 tələbə sosial, 112 tələbə isə standart növ təhsil tələbə kreditinə müraciət etmişdir
Görüşün sonunda LDU-nun foyesində yerləşən ulu öndər Heydər Əliyevin büstü qarşısında xatirə şəkli çəkilib.