Təhsil Tələbə Krediti Fondunun nümayəndələri Odlar Yurdu Universitetində olublar.

Görüşdə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədr müavini Bəhruz Əzimov və Fondun əməkdaşı Emin Şeydayev, Universitetin Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektor Qabil Qafarov, Birləşmiş fakultələr departamentinin rəhbəri Aynurə Qurbanova, İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Röya Vəliyeva ilə yanaşı TGT və TEC-in rəhbərləri, tutorlar iştirak ediblər.
Görüş zamanı ilk olaraq Qabil Qafarov çıxış edərək, universitet üzrə 2021/2022-ci tədris ili üçün I və II semestrləri əhatə edən e-ttkf.edu.az portalından qeydiyyatdan keçmiş tələbələr haqqında məlumat vermişdir. Görüşün növbəti mərhələsində təhsil tələbə krediti ilə bağlı müzakirələr aparılmış, Birləşmiş fakultələr departamentinin rəhbəri Aynurə Qurbanova bir sıra təkliflər vermiş və tələbələrin suallarını yönləndirmişdir.
Qeyd edək ki, ötən semestr ərzində Odlar Yurdu Universitetinin 92 tələbəsi təhsil tələbə kreditindən yararlanıb ki, onlardan 37 tələbə sosial, 55 tələbə isə standart növ təhsil tələbə kreditinə müraciət etmişdir