Təhsil Tələbə Krediti Fondunun şöbə müdiri Biləsuvar şəhərində maarifləndirici tədbir keçirib.
Təhsil Tələbə Krediti Fondunun şöbə müdiri Tehranağa Abdullayev Şirvan-Salyan Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə 06 iyun tarixində Biləsuvar şəhərində 9-11 ci sinif şagirdlərinin maarifləndirilməsi istiqamətində görüş keçirib.
Görüş Biləsuvar şəhəri Nizami Gəncəvi adına 1 nömrəli tam orta məktəbində keçirilib. Fondun şöbə müdiri tərəfindən abituriyentlərə TTKF-in fəaliyyət istiqamətləri, Fonda müraciət qaydaları və təhsil tələbə kreditlərinin verilməsi meyarları barədə geniş məlumat verilib. Abituriyentlərə Təhsil Tələbə Krediti Fonduna güvənərək ixtisas seçimi edərkən arzuladıqları ixtisası seçmələri və sevdikləri sahə üzrə mütəxəssis olmağı bildiriblər.
Sonda abituriyentlərin sualları cavablandırılıb və təklifləri dinlənilib.