Təhsil Tələbə Krediti Fondunun şöbə müdiri Neftçala və Salyan şəhərində maarifləndirici tədbir keçirib.
Təhsil Tələbə Krediti Fondunun şöbə müdiri Tehranağa Abdullayev buraxılış sinif şagirdlərinin maarifləndirməsi və təbliğat-təşviqat məqsədi ilə Şirvan-Salyan Regional Təhsil idarəsinin təşkilatçılığı ilə Neftçala və Salyan rayonlarında görüşlər keçirib.
Təbliğat, təşviqat və maarifləndirmə məqsədilə keçirilən görüşlərdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin Tədrisin Keyfiyyəti sektorunun müdiri Vüqar Dadaşov, Neftçala və Salyan üzrə Təhsil Sektorunun müdirləri, ümumtəhsil müəssisələrində təhsil alan IX-XI sinif şagirdləri, valideynlər və məktəb direktorları iştirak etmişlər.
Fondun Şöbə müdiri T. Abdullayev Fondun fəaliyyətinin əsas məqsədinin təhsilə əlçatanlığı təmin etməkdən, təhsil almaqda bərabər imkanlar yaratmaqla yanaşı təhsilin əhatə dairəsini genişləndirməkdən və təhsilin keyfiyyətini yüksəltməkdən ibarət olduğunu vurğulayıb. Fondun fəaliyyəti, təhsil tələbə kreditinin verilməsi meyarları, tətbiq olunan güzəştlər haqqında məlumat verib. Tədbirin təşkilində məqsəd təhsilalanları və onların valideyinlərini Fondun təklif etdiyi imkanlar barədə məlumatlandırmaq olub.
Tədbirin davamında mövzuya dair suallar cavablandırılıb.