Təhsil Tələbə Krediti Fondunun şöbə müdiri Şirvan şəhərində maarifləndirici tədbir keçirib.
Təhsil Tələbə Krediti Fondunun şöbə müdiri Tehranağa Abdullayev buraxılış sinif şagirdlərinin maarifləndirməsi və təbliğat-təşviqat məqsədi ilə Şirvan-Salyan Regional Təhsil idarəsinin təşkilatçılığı ilə Şirvan şəhərində görüş keçirib.
Təbliğat, təşviqat və maarifləndirmə məqsədilə keçirilən görüşdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin Tədrisin Keyfiyyəti sektorunun müdiri Vüqar Dadaşov, Şirvan şəhəri üzrə Təhsil Sektorunun nümayəndələri, ümumtəhsil müəssisələrində təhsil alan IX-XI sinif şagirdləri, valideynlər və məktəb direktorları iştirak etmişlər.
T. Abdullayev Fondun fəaliyyətinin əsas məqsədinin təhsilə əlçatanlığı təmin etməkdən, təhsil almaqda bərabər imkanlar yaratmaqla yanaşı təhsilin əhatə dairəsini genişləndirməkdən və təhsilin keyfiyyətini yüksəltməkdən ibarət olduğunu vurğulayıb, Fondun fəaliyyəti, təhsil tələbə kreditinin verilməsi meyarları, tətbiq olunan güzəştlər, beynəlxalq təcrübə və cari statistik göstəricilər barədə məlumatlar verib. Tədbirin təşkilində məqsəd buraxılış sinif şagirdlərini və onların valideyinlərini Fondun təklif etdiyi imkanlar barədə məlumatlandırmaq olub.
Tədbirin davamında mövzuya dair suallar cavablandırılıb.