Təhsil Tələbə Krediti Fondunun və Azərbaycan Texnologiya Universiteti UTECA nümayəndələri arasında görüş keçirilmişdir.

Fondun İdarə Heyətinin sədr müavini Tahir Xələfov və Fondun əməkdaşları Tehranağa Abdullayev, Ağca Məmmədova və Günay Baxışova Fondun fəaliyyət istiqamətləri, hədəfləri və prioritetlər barədə təqdimat və müzakirələr aparılması məqsədi ilə Azərbaycan Texnologiya Universitetində olublar.
Görüşdə Azərbaycan Texnologiya Universitetinin tədris işləri üzrə prorektoru Yaşar Ömərov, Tədris Şöbəsinin müdiri Babək Həsənov, Mətbuat Xidmətinin rəhbəri Xəyalə Məmmədova, Universitetdə təhsil tələbə krediti üzrə məsul şəxs Vüsal Bayramov, Tələbə Gənclər Təşkilatının sədri Nicat Nağıyev iştirak ediblər.
Görüş zamanı Yaşar Ömərov Təhsil Tələbə Krediti Fondunun əhəmiyyətindən danışıb. Qeyd edib ki, Fondun yaradılması tələbələrin ali təhsilə əlçatanlığını artırır, yeni imkanlar yaradır, dövlətin gəncliyə və təhsilə qayğısından xəbər verir.
Təhsil Tələbə Krediti Fondunun sədr müavini Tahir Xələfov Fondun imkanları barədə məlumat verib, mexanizmin üstünlüklərindən danışıb. Müzakirələr zamanı UTECA əməkdaşlarının təhsil tələbə kreditinə dair təklifləri dinlənilib, sualları cavablandırılıb.
Qeyd edək ki, ötən semestr ərzində Texnologiya Universitetinin 70 tələbəsi təhsil tələbə kreditindən yararlanıb ki, onlardan 28 tələbə sosial, 42 tələbə isə standart növ təhsil tələbə kreditinə müraciət etmişdir.