Uşaq evinin sakinləri üçün sosial-məsləhət saatı keçirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında fəaliyyət göstərən Təhsil Peşə Təhsili üzrə Dövlət Agentliyinin və Təhsil Tələbə Krediti Fondunun dəstəyi ilə 25 may 2023-cü il tarixində 1, 2 və 3 nömrəli uşaq evinin IX, X və XI siniflərdə təhsil alan sakinləri üçün sosial-məsləhət saatı təşkil edilib.
Tədbir dövlət uşaq müəssisələri məzunlarının insan alveri qurbanına çevrilməsi riskinin azaldılması, o cümlədən valideyn himayəsindən məhrum olmuş kimsəsiz uşaqların yaşayış şəraitinin yaxşılaşdırılması məqsədi ilə həyata keçirilib.
Həssas əhali qruplarından olan uşaqlara əmək bazarının tələblərinə cavab verən peşələr, peşə təhsili müəssisələrinə sənəd qəbulu, bununla yanaşı peşə, orta ixtisas və ali təhsil müəssisələrinə ödənişli əsaslarla qəbul zamanı Təhsil Tələbə Krediti Fondunun təklif etdiyi, sosial həssas tələbələr tərəfindən istifadəsi nəzərdə tutulmuş səmərəli kreditlər barədə ətraflı məlumat verilib.
Tədbirin sonunda uşaqları maraqlandıran suallar cavablandırılıb.