Xəzər Universitetində Təhsil Tələbə Krediti Fondunun nümayəndələri ilə görüş keçirilib.
Xəzər universitetində Təhsil Tələbə Krediti Fondunun əməkdaşı Aysel Hacıyeva ilə tələbələrin görüşü keçirilib.
Görüşdə Fondun əməkdaşı Aysel Hacıyeva, Xəzər universitetinin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli, Humanitar, təhsil və sosial elmlər fakültəsi tədris işləri üzrə dekan müavini Tərlan Orucova, universitetin meəllim və tələbə heyəti iştirak edib.
Görüşdə təqdimatla çıxış edən TTKF-in əməkdaşı Aysel Hacıyeva qurumun yaradılmasının məqsədi və fəaliyyət istiqamətləri barədə məlumat verib, layihənin sosial müdafiəsi zəif olan tələbələrə dəstək məqsədi daşıdığını deyiblər. Görüşdə tələbələr təhsil tələbə kreditinə müraciət qaydaları, kreditlərin növləri, qeydiyyat prosesi və digər yeniliklər barədə ətraflı məlumatlandırılıblar.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb və təkliflər dinlənilib.