Azərbaycan Texniki Universitetində Təhsil Tələbə Krediti Fondunun nümayəndələri ilə görüş keçirilib.
Azərbaycan Texniki Universitetində Təhsil Tələbə Krediti Fondunun əməkdaşı Aysel Hacıyeva ilə tələbələrin görüşü keçirilib.
Görüşdə Fondun əməkdaşı Aysel Hacıyeva, Azərbaycan Texniki Universitetinin Tədris işlərinin təşkili qrupunun böyük mütəxəssisi Aslanova Ayçillər, İqtisad və idarəetmə fakultəsinin tyutoru Amil Ömərov, universitetin müəllim və tələbə heyəti iştirak edib.
Görüşdə təqdimatla çıxış edən TTKF-in əməkdaşı Aysel Hacıyeva qurumun yaradılmasının məqsədi və fəaliyyət istiqamətləri barədə məlumat verib, layihənin sosial müdafiəsi zəif olan tələbələrə dəstək məqsədi daşıdığını deyiblər. Görüşdə tələbələr təhsil tələbə kreditinə müraciət qaydaları, kreditlərin növləri, qeydiyyat prosesi və digər yeniliklər barədə ətraflı məlumatlandırılıblar.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb və təkliflər dinlənilib.